Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü münasibətilə təbrik
Gündəm
21-11-2025, 20:33
61
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə, 550 nəfərlik təşəbbüs qrupunun iştirakı nəticəsində təsis edilən Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ən güclü siyasi dayaqlarından birinə çevrilmişdir. Əsası müdriklik, uzaqgörənlik və milli dövlətçilik ideyaları üzərində qurulan bu siyasi məktəb 33 il ərzində Azərbaycanın inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə və xalqımızın rifahına xidmət etmişdir.
Bu əlamətdar gün münasibətilə Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetinin Baş redaktoru Vəli Əliyev Yeni Azərbaycan Partiyasının bütün üzvlərini, tərəfdarlarını və bu yolun davamçılarını səmimi-qəlbdən təbrik edir.
Baş redaktor bildirir ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı bu siyasi irs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etmiş, Azərbaycanın beynəlxalq arenadakı mövqeyi güclənmiş, dövlətçiliyimiz yeni zirvələrə yüksəlmişdir. YAP-ın 33 illik tarixi həm də müasir Azərbaycanın uğur salnaməsidir.
Bu əlamətdar gün Azərbaycan dövlətinə, xalqına və partiyanın böyük yoluna mübarək olsun!















