ABŞ-ın “İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi”nin Bakıda yeni kilsə binasının açılışı keçirildi



ABŞ-nın “İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi”nin Bakıda növbəti kilsə binəsinin açılış mərasimi baş tutub. Tədbirdə ABŞ-dan yüksək səviyyəli nümayəndə heyəti iştirak edib. Heyətə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hansen, habelə Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxil idi.

Nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbulunda olduqdan sonra Bakıya səfərlərinin əsas məqsədi olan kilsə açılışı mərasimində iştirak ediblər. Mərasimdə dinlərarası dialoqun gücləndirilməsi, qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin daha da inkişafı ilə bağlı fikirlər səsləndirilib.

Açılış tədbirinə dəvət alan “Milli Mənəviyyat” müstəqil beynəlxalq qəzetinin Baş redaktoru Vəli Əliyev də mərasimdə iştirak edib və qonaqlarla fikir mübadiləsi aparıb.