Rüşvətin Kökünü kəsən Fenomen !
Elm və Təhsil
15-12-2022, 19:24
284
Azərbaycan təhsilinin "xorası" olan rüşvətin, rəhbərlik etdiyi təhsil müəssisəsində kökünü kəsən UNEC nəzdində Sosial-İqtisadi Kollecinin direktoru Vidadi Ömər oğlu Orucovu hamı tanısın və müəllim adı daşıyan hər bir insan eləcədə Təhsil müəssisələrinin rəhbərləri örnək götürsün.
1956-cı il may ayının 12-də Ulu Borçalı mahalının qədim Başkeçid (indiki Dmanisi) rayonunun Qızıl-kilsə kəndində anadan olmuşdur.1973-cü ildə Qızılkilsə kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olub. 1982-ci ildə həmin universiteti bitirib.
1998-ci ildə “Karbon və azot atomlarının dəmir-nikel və dəmir manqan ərintilərində atomların paylanmasına, faza keçidlərinə və xassələrinə təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Əmək fəaliyyətinə 1973-cü ildə Bakı Tunel-Tikinti İdarəsində fəhləliklə başlayıb. 1983-cü ildə Bakı şəhər 25 saylı texniki-peşə məktəbinin azad komsomol təşkilat katibi, 1990-cı ildə Nizami rayonu “Bilik” cəmiyyətinin məsul katibi, 1992-1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili İdarəsində mütəxəssis vəzifəsində çalışıb. 1997-ci ildən Bakı Sənaye-Pedaqoji kollecinin direktoru vəzifəsinə təyin olunub və 20 il bu təhsil ocağına rəhbərlik edib.
2016-cı ildən Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktorudur.
Bu Kollec Azərbaycan Respublikası Nazirlər Sovetinin 23 noyabr 1965-ci il tarixli, 747 saylı qərarı və Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin 7 may 1966-cı il tarixli, 128 saylı əmri ilə Bakı Plan-İqtisad Texnikumu yaradılmışdır. Bakı Plan-İqtisad Texnikumu 1966-cı ildən 2002-ci ilədək fəaliyyət göstərmişdir. "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli qərarı ilə həmin texnikumun bazasında Bakı Dövlət Sosial-İqtisad Kolleci yaradılmışdır.
28 iyun 2022-ci il tarixdə Kollecdə " Məzun Günü " keçirilmişdir .Tədbirdə Kollecin direktoru Vidadi Orucov eləcədə müəllim kollektivi və tələbələr məmnuniyyətliklə iştirak etmişdilər Məzunların sevincinə şərik olub onlara gələcək həyatlarında və təhsillərinin davamında uğurlar arzulayıblar .
Qeyd edim ki qəzetimizin üç nümayəndəsi həmin kollecin tələbəsi olduğu üçün məlumatın doğruluğuna əminlik ifadə edirik
Baş redaktor: Vəli Əliyev