Əziz müəllimlər Peşə bayramınız mübarək !


Hörmətli müəllimlər!
Peşə bayramınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Cəmiyyətin mənəvi dayağı olan müəllim, gənc nəslin formalaşmasında, bilikli, əxlaqlı və vətənpərvər insanların yetişməsində əvəzsiz rol oynayır.

Şərəf və ləyaqətini daim uca tutan, peşəsinə sədaqətlə yanaşan, şagirdlərin ,tələbələrin və valideynlərin rəğbətini qazanmış bütün müəllimlərə dərin minnətdarlığımı bildirirəm.
Siz xalqımızın gələcəyinə nur saçan, bilik və mənəviyyat işığını yayan fədakar insanlarsınız.

Bayramınız mübarək, əziz müəllimlər!
Sizə möhkəm can sağlığı, ailə səadəti və pedaqoji fəaliyyətinizdə uğurlar arzulayıram.
Baş redaktor: VƏLİ ƏLİYEV