Estoniyada yanvarın 1-də cinsindən asılı olmayaraq iki yetkin şəxs arasında nikahın mümkünlüyünü nəzərdə tutan qanun qüvvəyə minib.



Sənəd eynicinsli nikahlara icazə verir.

Mart ayında eynicinsli nikahların qeydiyyatı ilə bağlı qanun layihəsi Ukrayna Ali Radasına da təqdim edilib.


Təşəbbüs parlament tərəfindən təsdiqlənərsə, eynicinsli cütlüklərin hüquqları qanunvericilikdə təsbit ediləcək: qarşılıqlı hüquq və öhdəliklər, əmlaka sahiblik, vərəsəlik, sosial müdafiə məsələləri, tərəfdaşın ölümü və ya itkin düşməsi zamanı hüquqlar.
İstinad:
Lent.az xarici mediaya istinadla xəbər verib