Doğum günün mübarək, Zəhra xanım !
Təbriklər
Bu gün, 08:14
49
Balaca Zəhranın sevincinə bayram sevinci qarışdı
Bu gün “Milli Mənəviyyat” qəzetinin üzvü Bayram Kərimovun əziz qızı, balaca Zəhra xanımın 5 yaşı tamam olur. Onun bu sevincli günü valideynləri, qohumları və onu sevən hər kəs tərəfindən böyük sevgi və səmimiyyətlə qeyd edilir.
Zəhra xanımın saf gülüşü, məsum baxışları və balaca qəlbinin istiliyi bu günü daha da mənalı edir. Sanki baharın gəlişi ilə birgə onun da ömrünün yeni, rəngarəng bir səhifəsi açılır.
Bu əlamətdar günün daha bir gözəlliyi isə onun ilaxır çərşənbəyə təsadüf etməsidir. Bayram bayrama qarışıb – həm xalqımızın qədim ənənəsi, həm də balaca bir ürəyin doğum sevinci bir araya gəlib. Tonqalların alovu, şən gülüşlər və dualar Zəhra xanımın gələcək həyatına işıq saçsın.
Biz də bu xoş gündə təbrikə qoşularaq balaca Zəhraya uzun ömür, sağlamlıq, xoşbəxt gələcək arzulayırıq. Qoy hər günü bu gün kimi sevincli, hər anı sevgi ilə dolu olsun.
Doğum günün mübarək, balaca Zəhra!