Gəmiricilər – siçan, siçovul əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradan bir çox yoluxucu xəstəliklərin daşıyıcısıdır.
Səhiyyə və Sağlamlıq
18-10-2024, 20:33
27
Gəmiricilərin (siçan, siçovul) insanlara toxunması və dişləməsi, o cümlədən nəcis, sidik və tüpürcəklərinin qida məhsullarına təmas etməsi həmin səthlərin potensial zəhər mənbəyinə çevrilməsinə səbəb olur.
Siçanların yaydığı xəstəliklərə aiddir:
☑ Leptospiroz: Siçovulun ifrazatı (sidik, nəcis) ilə yoluxma nəticəsində qızdırma, baş ağrısı, sarılıq və ağır hallarda böyrək və qaraciyər çatışmazlığına səbəb olur.
☑ Hantavirus: yoluxmuş gəmiricilərin ifrazatları ilə təmas nəticəsində yaranan ağır respirator xəstəlik.
☑ Salmonellyoz: Siçovul nəcisində olan Salmonella ilə çirklənmə nəticəsində yaranan qida zəhərlənməsi.
Ətrafın qida qalıqları və tullantılarla çirklədirilməsi siçanların populyasiyası və yoluxucu ağır xəstəliklərin yaranmasına şərait yaradır.
Bu yoluxucu ağır xəstəliklərdən qorunmanın yeganə vasitəsi sanitariya-epidemioloji və gigiyena normalarına ciddi əməl etməkdir.
✅ WhatsApp xəttimiz
070 285 20 60