Bit -Həşəratların ən çox yayılmış növlərindən biridir


Bitlər məməlilərin daimi paraziti olan xırda, qanadsız cücülərdir. Hər iki cinsi qansorandır. Bitlərin bədəni bel-qarın istiqamətində yastılanmış, oval, uzunsov və ya enli, 1-5 mm uzunluğundadır. Erkəklər adətən dişilərdən kiçik olur. Başı qabaq tərəfdən daralmışdır. Ağız orqanları adətən irəli yönəlmiş, heyvanların qalın örtüklərini deşmək və qan sormaq üçün yaxşı uyğunlaşmışdır. Bir cüt sadə gözü başın yanlarında, bığcıqlardan arxada yerləşmişdir. Üç döş seqmenti adətən kip bitişmişdir. Ayaqları qısa, beş hissədən ibarətdir. Pəncəsindəki hərəkətli caynaqla sahibin tükündən yapışıb yerini dəyişir. Qarıncığı 9 seqmentdən ibarətdir.
Bitlər istisnasız olaraq sahibin qanı ilə qidalanır. Yaraya axan tüpürcək vəziləri ifrazatı qanın laxtalanmasına mane olur. Bitlər – yumurtaqoyan cücülərdir. Yaşlı dişi bir gecə-gündüzdə 2-4 yumurta qoyur (donuz biti), bəzilərində yumurtaların sayı 5-14-ə çatır (paltar biti). Bit yumurtaları parlaq, uzunsov-oval formada olur. Dişinin cinsiyyət yollarından çıxarkən yumurta qabığındakı vəzilərin sekretini çıxardır və bunun köməyi ilə arxa ucunu tükə və ya parça xovuna möhkəm yapışdırır. Embrional inkişaf 8-10 gün çəkir. Sürfələrin inkişafı 7-10 günə başa çatır. Meydana çıxdıqdan 1-2 gün sonra cavan dişi yumurta qoymağa başlayır. Ancaq yumurta qoymazdan əvvəl mütləq qansorma baş verir. Yaşlı bitlər 2 aya yaxın yaşayır. İl ərzində bitlər bir neçə nəsildə inkişaf edirlər. Bitlərin bütün inkişaf natamam metamorfozla keçir. Yoluxmuş heyvan və insanın yoluxmamışla təması, ümumi istifadə əşyaları və başqa vasitələrlə bir sahibdən başqasına keçirlər.
Ayrı-ayrı qohum sahib növlərinə münasibətdə bitləri dar spesifiklik səciyyələndirir. Adətən hər bir məməli növündə bir, nadir hallarda 2-3 bit növü parazitlik edir. İnsanda 3 növ bit (paltar, baş, qasıq) parazitlik edir. Dünyada – 300, MDB-də – 40, Azərbaycanda – 20 növü məlumdur.
Bitlərin yaşayış yerlərindən təmizlənməsi üçün mütləq tez-tez dərmanlanmalıdır.
Əgər bit müşahidə edilmişdirsə bir neçə həftə ardıcıl dərmanlanmalıdır.
Evlərin ,Bağların ,Obyektlərin, Ofislərin yoluxucu xəstəliklərə( krip,vərəm,qızılca və.s) , həşəratlara,(tarakan,milçək,arı,ağcaqanad,qarışqa, bit birə və.s) ilan və sıçanlara qarşı dərmanlanması üçün 7/24 , iş və qeyri-iş günləri müraciət edə bilərsiniz !
070-285-20-60