2 Fevral – Azərbaycan Gəncləri Günüdür!


✍️Vəli Əliyev yazır

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Milli Mənəviyyat” müstəqil, beynəlxalq qəzetinin dəyərli üzvlərini və dünyanın dörd bir yanında yaşayan bütün azərbaycanlı gəncləri səmimi-qəlbdən təbrik edirəm.
Gənclər – xalqın mənəvi gücü, cəmiyyətin inkişaf enerjisi, müstəqil dövlətin sabaha inamla addımlamasının əsas təminatıdır. Azərbaycan gəncliyi tarix boyu milli dəyərlərə bağlılığı, Vətənə sədaqəti və mənəvi duruşu ilə seçilmiş, bu gün isə elm, mədəniyyət, media və yaradıcılıq sahəsində qazandığı uğurlarla ölkəmizin nüfuzunu yüksəldir.
“Milli Mənəviyyat” müstəqil, beynəlxalq qəzetinin gənc üzvləri! Sizlər yalnız informasiya daşıyıcısı deyil, eyni zamanda milli düşüncənin, mənəvi dəyərlərin və ictimai məsuliyyətin qoruyucularısınız. Qələm əlinizdə bir silahdır – haqqın, ədalətin və milli maraqların müdafiəsində dayanan bir silah.
Bu əlamətdar gün münasibətilə hər birinizə sağlamlıq, əzm, geniş dünyagörüşü, yaradıcılıq uğurları və işıqlı gələcək arzulayıram. Harada yaşamağınızdan asılı olmayaraq, Azərbaycan ruhu və milli mənəviyyat qəlbinizdə daim yaşasın.
Bayramınız mübarək,
Azərbaycan gəncliyi!
Hörmətlə,
Vəli Əliyev
“Milli Mənəviyyat”
müstəqil, beynəlxalq qəzetinin
Baş redaktoru.