Abşeron Rayon Məkəzi Xəstəxanasında növbəti mürəkkəb əməliyyatlardan biri icra olunub
Gündəm / Səhiyyə və Sağlamlıq
7-08-2024, 12:42
154
Abşeron Rayon Məkəzi Xəstəxanasında mürəkkəb əməliyyatlardan biri olan “Total Proktektomi “Ĵ “ pouch qoyularaq ileo-anal anastamoz və qoruyucu ileostomanın” açılması (yoğun bağırsağın tam çıxarılaraq nazik bağırsağın son hissəsindən rezervuar düzəldilərək nazik bağırsaqla anus arasında anastamoz qoyulması) əməliyyatı icra edilib.
Abşeron Rayon Mərkəzi Xəstəxanasına qarın nahiyəsində şiddətli ağrı şikayəti ilə müraciət edən 50 yaşlı qadın pasiyentin müayinəsi zamanı 12 ildən çox müddətdə yoğun bağırsağın ən çox fəsadlarla rast gəlinən xəstəliklərindən biri olan “qeyri-spesifik xoralı kolit” xəstəliyindən əziyyət çəkdiyi və son illərdə buna fəsad olaraq Autoimmun Hepatit xəstəliyinin də qoşulduğu məlum olub. Belə ki, pasiyentdə müalicələr fonunda son günlərdə başlayan və getdikcə şiddətlənən qarın nahiyyəsində ağrı əmələ gəlib və bağırsaq keçməzliyi yaranıb.
Əməliyyat qabağı müvafiq hazırlıq prosesi aparıldıqdan sonra xəstəyə Cərrahiyyə şöbəsinin müdiri uzman-ümumi cərrah İlkin Həşimov tərəfindən mürəkkəb əməliyyatlardan biri olan “Total Proktektomi “Ĵ “ pouch qoyularaq ileo-anal anastamoz və qoruyucu ileostomanın” açılması əməliyyatı icra edilib.
Əməliyyatdan sonra bir neçə gün stasionar şəraitdə müalicə alan vətəndaşın ümumi vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb.