UNEC NƏZDİNDƏ SOSİAL-İQTİSADİ KOLLECİN TƏLƏBƏSİ NİGAR HƏSƏNLİ “SƏN ELƏ BİR ZİRVƏSƏN” ADLI RESPUBLİKA MÜSABİQƏSİNİN QALİBİ OLDU VƏ 1-Cİ YERƏ LAYİQ GÖRÜLDÜ.

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi”nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı müsabiqə keçirilir.
Aprelin 10-da “Sən elə bir zirvəsən” adlı müsabiqənin ifa üzrə respublika qalibləri müəyyən olunub.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin “Mühasibat Uçotu” ixtisası üzrə 581 qrup tələbəsi Nigar Həsənli müsabiqədə 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, kollecin 121 saylı qrup tələbəsi Aydan Ələkbərova “Sən elə bir zirvəsən” adlı müsabiqədə şeir üzrə II yeri, rəqs nominasiyası üzrə 582-ci qrupdan Zəhra Məlikova, 583-cü qrupdan Fidan Şəfiyeva, 459-cu qrupdan Nihad Babayev və 669-cu qrupdan Aydın Alıyevin yaratdığı “Zirvə” rəqs qrupu isə III yeri tutmuşlar.
Müsabiqədə iştirak edən bütün iştirakçıları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.