Cazibe qanunu, Pozitiv düşüncə.
Ədəbiyyat
4-03-2026, 23:23
110
BİR MƏNFİ DÜŞÜNCƏ DİGƏRLƏRİNƏ YOL AÇAR.BİR POZITIV DÜŞÜNCƏ DAHA ÇOX POZITIV DÜŞÜNCƏLƏRƏ YOL AÇAR.
Düşüncə insanın həyatında böyük rol oynayır.Düşüncələr 2cür olur:pozitiv və neqativ.Pozitiv düşüncə nədir?Pozitiv düşüncə yaxşı şeylər haqqında düşünməkdir.Pozitiv düşüncə yaxşı düşünməklə yanaşı ,həmdə hərəkət etməkdən ibarətdir. Məsələn "mən uğurluyam" deməklə kifayətlənməyib, uğurlu olmaq üçün addım atmaqdır pozitiv düşüncə. Pozitiv düşündükdə əhval-ruhiyyə qalxır,insan özünü yaxşı hiss edir. Bundan da əlavə yaxşı hadisələri özünə cəzb edir hər bir insan.Neqativ düşüncədə olanlar isə əksinə əhval-ruhiyyəsi dəyişir.insan depressiyaya düşür, stressdə olur.Bütün neqativ hallar özünə dönüş edir.Pozitiv insanlar yaxşı şeylər arzulayırlar və özlərini elə aparırlar ki, sanki arzusuna artıq çatıblar .Onlar nə edirlər?Onlar həmdə təsəvvür edirlər.Bəli,bir insan ki ,yaxşı şeylər haqqında fikirləşirlərsə o yaxşı əhval-ruhiyyə onlara geri qayıdır.Xəstəlik haqqında danışan və fikirləşənlər xəstəliyi daha da çoxalır.Ama əksinə olaraq "men sağlamam"deyənlər tez sağalır. Olmuş bir əhvalatı sizə təqdim edirəm. Bir xanım rəfiqəsinə deyir ki xərçəng xəstəliyinə tutulub.3 aydan sonra rəfiqəsi ilə görüşüb deyir ki, hekimlər sağlam olduğunu deyib.Sonra deyir ki, bu neçə ay istədiyini yeyib içib,təbiət də çoxlu gəzib,mahnılara qulaq asıb yaxşışeylərhaqqında fikirləşib. Bir sözlə öz istədiyi kimi yaşayıb.Buda onun sağalmasına kömək edib.
Var dövlət haqqında fikirləşən insan da var dövlət içində yaşayır,.Borclar haqqında düşünən isə borcları çoxaldır.Bir misal olaraq vurğulamaq istəyirəm ki, "Nəyi əkərsən ,onuda bikərsən"
Nisə Kərimova




















