Mənim Bölgəm. Nurlanə Cərullaqızı.


Yeni dərs ilinin başlanmasından 5 gün ötürdü. Bakının Zabrat qəsəbəsindəki 71 nömrəli tam orta məktəbinin 16 nəfər 9-cu sinif şagirdi öz siniflərində müəllimlərinin gəlməsini gözləyirdi. Birdən qapı açıldı və nəhayət bayaqdan uşaqların gözlədiyi Fərhad müəllim içəri girdi. O, üzünü şagirdlərinə tutaraq mülayim tərzdə
- Salam, sabahınız xeyir olsun uşaqlar dedi:
-Salam, müəllim.
Uşaqlar da müəllimlərini eyni mehribanlıqla salamladılar.
Fərhad ədəbiyyat müəllimi idi. O, bu məktəbdə , dərs dediyi iki il ərzində şagirdlərinə həm tədris etdiyi fəni, həm də özünü sevdirmiş, bir müəllim kimi onların hörmətini qazanmağı bacarmışdı.
- Oturun.
Uşaqlar yerlərinə oturdular.
-Necəsiniz uşaqlar? Deyə Fərhad üzünü yenidən şagirdlərinə tutdu:
- Yaxşıyıq, müəllim.
Uşaqlar bir ağızdan cavab verdi.
-Siz necəsiniz, müəllim? Deyə
Aydın adlı bir şagird soruşdu:
-Səni görənə qədər yaxşı idi.
Deyə Razi adlı başqa bir şagird parta yoldaşına söz atdı. O saatda uşaqların hamısı qəh-qəhə çəkib gülməyə başladılar.
-Bəsdirin! Aydın əsəbləşdi:
-Sakit olun, uşaqlar.
Fərhat məsələyə müdaxilə etdi. Sonrada sınayıcı nəzərlərlə şagirdlərinə baxaraq
-Hə, deyin görüm nə elədiniz? Dünən sizə mənim bölgəm adlı bir mövzu haqda hekayə yazmağı tapşırmışdım. Hamınız yaşadığınız bölgə haqqında hekayə yazacaq, həmin hekayəni də bu gün lövhə qarşısında ucadan oxuyacaqdınız nə oldu? Yazdınız?
Deyə soruşdu:
-Bəli, müəllim.
Uşaqlar bayaqkı təkin yenə bir ağızdan dilləndi.
-nə gözəl ümid edirəm yazını yazarkən internetin köməyindən istifadə etməmisiniz?
Fərhad yenə sual verdi.
-xeir, müəllim.
Uşaqların cavabı qəti oldu.
- Əla!
Fərhad razılığını bildirdi.Sonra isə
-Unutmayın ki, insan beyni internetdən daha üstündür.
Deyə də o, əminliklə əlavə etdi.
- Kim birinci hekayəsini oxumaq istəyir?
- Mən
Deyə Cavahir adlı bir şagird hamıdan əvvəl əlini qaldırdı.
-Yaxşı, gəl.
Fərhad başını buladı.
Cəvahir ayağa qalxıb iti addımlarla lövhənin qarşısına gələrək bayaqdan bəri əlində hazır tutduğu a4 vərəqindən yazmış olduğu hekayəsini oxumağa başladı.
- Mən heç yaşamadığım, haqqında yalnız böyüklərdən, xüsusən də babamdan eşitdiyim, yazın əvvəllərinə dək də görmədiyim, gördüyüm zaman isə düşdüyü vəziyyətdən ötrü dərin kədər hissi keçirdiyim qarabağ bölgəsindən daha dəqiq desəm Ağdamın illərlə düşmən tapdağı altında qalmış adını daşıdığım cəvahirli kəndindənəm.
Cavahirin bu an gözləri doldu. Sonra o özünü toparlayıb yenidən davam etdi.
- Ağdam rayonu fisunkar təbiətli torpağı olan qarabağın mərkəzində qarabağ dağ silsiləsinin şimal şərq ətəklərində kür araz ovalığının qərbində yerləşir. Aran qarabağ ərazisi ilə dağlıq qarabağ ərazisinin birləşdiyi ərazidə yerləşən rayonumuz səkkiz avqust 1930-cu ildə yaradılıb , lakin 20-ci əsrin 50-ci illərindən başlayaraq rayon ərazisində aparılan arxeoloji tədqiqat işləri zamanı ağdam ərazisinin qədim insanların yaşayış məskənlərindən biri olduğu məlum olub buna görə də bəzi mənbələrdə şəhərin min yeddi yüz 41 bəzi mənbələrdə isə min 7 yüz 52 -ci ildə salındığı deyilir rayonumuzun adının mənası ilə bağlı müxtəlif fikirlər irəli sürülür birinci fikir budur ki, ağdam sözünün mənası qədim türk dilində kiçik qala deməkdir belə ki, uzaq keçmişdə orada yaşayan qədim türk qəbilələri özlərini müdafiə etmək üçün kiçik qalalar tikilmişlər 2-ci fikir isə budur ki 18-ci əsrin birinci yarısında qarabağ xanlığınının yaradıcısı Pənah əli xan özünə ağdaşdan imarət tikdirir həmin imarəti uzaqdan görən əhali dəonu Ağdam adlandırır.Bəli, Ağdam sözünün bir mənası da günəş şuaları ilə nurlanmış ağ ev deməkdir. Rayonumuz Ağcabədi, Bərdə, Tər-tər, Ağdərə və Əsgəran rayonu ilə qonşudur.
Rayonun mərkəzi olan Ağdam şəhəri Bakı'dan 362 kilometr məsafədə qarqar çayından 3 kilometr aralı qarabağ düzünün cənubi qərbindədir. Babamın dediyinə görə rayonumuzda işğaldan əvvəl dəzgah avadanlıqları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları, ət kombinatı, 2 dəmir yolu, vağzalı, aeroport, avtomobillərin texniki xidmət stansiyaları, həmçinin, Üzeyir Hacıbəyov adına musiqitexnikumu, Əbdül Rəhim bəy Haqverdiyev adına Ağdam dövlət dram teatrı eləcə də, on iki sənayi müəssəsi, 74 məktəb, 271 mədəniyyət evi, 67 idarə və 99 klub fəaliyyət göstərib. Ərazisindən iki böyük çay olan xaçın və qarqar çayınında keçdiyi rayonumuzun relefi əsasən düzənlik qismən dağlıqdır. Sahəsi min yüz əlli kvadrat kilometr olan rayonumuz bir şəhər 2 qəsəbə və 113 kəntdən ibarətdir. Bizim cavahirli kəndidə onlardan biridir.
Cəvahir kəndlərinin adını çəkəndə yenə kövrəldi.
- Göytəpə kəndi inzibati ərazisinə daxil olan kəndimiz kiçik qafqaz dağlarının ətəklərində yerləşir. Kəndmizin cavahirli adlandırılması isə yenə babamın dediyinə görə kəndin torpağının qarabağ xanı İbrahim xəlilin arvadı Cəvahir xanıma məxsus olması ilə daha dəqiq desək torpaqların 1825-ci ildə mülk kimi ona bağışlanması ilə bağlıdır. Mənim adımı da kəndə olan həsrətinə görə babam qoyub. Canım babam qız udgunub sözünə davam etdi.
-Mənə səni hər səsləyəndə doğulub böyüdüyüm, havasını udub suyunu içdiyim kəndim yadıma düşür deyərdi. Bəli, babam da atamda orada doğulub böyüyüb 1994-cü ilin aprel ayının 4-ü yəni kəndimiz işğal olunmamışdan 21 gün əvvələ qədər də orada yaşayıblar. Kəndimizin necə işğal olunduğuna gəldikdə isə 1988-ci ildən etibarən erməni separatçı hakimyəti xarici qüvvələrin də köməyi ilə soydaşlarımızı əslində özümüzün olan irəvandan və dağlıq qarabağ torpaqlarından qovmağa başlayır qarabağın eləcə də ağdamın və kəndimizin də qara günləri o vaxtdan başlayır həmin ildən bütün qarabağ bölgəsi olduğu kimi ağdamda intensiv hücumlara məruz qalır. O vaxt babam kəntdə yük maşını sürücüsü atam isə rayonda çörək muzeyində işləyirmiş. ndb ölkələrində birinci dünyada ikinci olan yeganə çörək muzeyndəki ekspanatlar arasında daşlaşmış qədim taxıl nümunələri nadir dənli bitki növləri taxılçılığın inkişafına aid müxtəlif kitablar və əkinçilik alətləri olub. 1983-cü ilin noyabr ayında fəaliyyətə başlayan çörək muzeyinin fəaliyyətinə 1992-ci ilin avqust ayının 12-si ermənilərin addığı mərmin nəticəsində son qoyulur və muzeydəki 1500 ekspanat yanaraq məhv olur. Atam Ağdamın müdafiəsi uğrunda yaradılmış könüllü batalyonlardan birnə qoşulur.Babam isə yaşlı olduğu üçün gedə bilmir. Beş illik mübarizədən sonra hərbi gücün zəyif silah-sursatın az olması bütün qarabağ torpaqlarının 1993-cü ilin iyul ayının 23 dədə Ağdamın işğalı ilə nəticələnir. Bu müddət ərzində rayonumuzun müdafiəsi uğrunda gedən döyüşlərdə 6570 nəfər qəhrəmancasına şəhid olub. Kəndimiz isə 1994-cü ilin aprel ayının 25-də işğal olunur babam həmin vaxta qədər kəntdə qalır. Ouzun müddət getmək istəməsə də kəndimizin də işğal olunacağını başa düşüb nənəmin və atamında təkidi ilə kənddən çıxıb bakıya gəlirlər və həmin vaxtdanda mənim də doğulub böyüydüyüm qışda soyğundan donduğumuz yayda istisinə yandığımız dəmir vaqonda yaşamağa başlayırlar. Babam ağlım kəsəndən mənə ağlaya ağlaya kəndimizdən danışar ora aid şeirlər yazar yazdığı şeirləri deyər mən isə göz yaşları içində onu dinləyər, gözəl kəndimizi xəyalımda canlandırar özümü orada təsəvvür edərdim. O, həmişə bircə dəfə kəndimizi görüm sonra ölsəm də üzülmərəm amma kəndimizi görməsəm bu dünyadan gözlərim açıq gedərəm deyərdi. Nəhayət iki min iyirminci ilin noyabr ayının 20 sində bütün qarabağ torpaqları kimi ağdam rayonu daa işğaldan azad olundu babamın sevinci yerə-göyə sığmırdı hamı kimi oda səbirsizliklə kəndimizi görəcəyi günü gözləyirdi. ora bir də bu il yazın əvvəllərində gedə bildik gördüklərimiz isə hamımızı dəhşətə gətirdi. Yağı düşmən işğal etdiyi bütün qarabağ torpaqlarında olduğu kimi rayonumuzda da daşı daş üstündə qoymamış, bir vaxtlar qafqazın hiroşi ması adlandırılan Ağdamı sözün həqiqi mənasında ruhlar şəhərinə gözəl Cəvahirli kəndini viranəyə çevirmişdi mənə ən pis təsir edən isə qəbristanlıqların halı idi bəzi qəbir daşları qismən uçurulmuş bəziləri isə tamamilə dağıdılmışdı. Sonra babamın və atamın vaxtı ilə yaşadığı evə getdik babam evin halını görən kimi hönkürtü ilə ağlamağa başladı onun illər əvvəl min bir əziyyətlə qrup yaratdığı evdən indi əsər əlamət qalmamış, hər yeri olduğu kimidüşmən babamın evini də tanınmaz hala salmışdı. Birdən gözlənilməz bir şey oldu babam kökündən qopmış ağac kimi yerə yıxıldı. Biz əvvəl cə nə olduğunu başa düşmədik, ancaq sonra hər şey aydın oldu. Yazıq babamın illər əvvəl abat qoyub getdiyi Ağdamın xarabazara çevrilmiş görüntüsünə kədərlənməsindənmi yoxsa hər zaman həsrətini çəkdiyi kəndini nəhayət görməyinin sevincindənmi ürəyi dayanmışdı.
Bu an Cəvahir kimi Fərhad müəllim ilə şagirdlərin də gözləri yaşardı. Bəli, onun dediyi olmuş, kəndini bir dəfə görüb ölmüşdü. Onu orada uçulup dağılmış qəbristanlığ daca dəfn edib ağlaya-ağlaya bakıya qayıtdıq.
Cavahir bununla da hekayəsini yekunlaşdırdı bayaqdan sükut içində dayanmış Fərhad müəllimlə digər şagirdlər isə yaşayıb görmədiyi rayonlarını, haqqında yalnız babasından eşitdiyi kəntlərini bu cür gözəl təsvir edən qızı gurultu ilə alqışlamağa başladılar. Cəvahir isə gözlərində kədər üzündə utancaq bir ifadə ilə onlara təşəkkür edərək sakitcə keçib yerinə oturdu sonra isə uşaqlar növbə ilə öz bölgələri haqqında yazdıqları hekayələri oxumağa başladılar.