Rövşən bəyi təbrik edirik!

Əziz və mehriban qonşumuz, Vətən müharibəsi veteranı Rövşən bəyin bu gün toy günüdür.
Bu xoş və unudulmaz gündə sevinclə toy məclisində iştirak edir, onu və ömür-gün yoldaşını səmimi qəlbdən təbrik edirik.
Allah bu ailəni xoşbəxt etsin, ocaqları daim işıqlı, süfrələri bərəkətli olsun. Birlikləri sevgi, hörmət və sədaqət üzərində qurulsun, yolları hər zaman aydın olsun.
Arzu edirik ki, elimizdə-obamızda, dostlarımızın və qonşularımızın qapısında həmişə toy-bayram sədaları ucal­sın, sevincli günlərimiz bol olsun.
Xoşbəxt olun, Rövşən bəy!
Hörmətlə:
Vəli Əliyev