25 Yaşın Mübarək, Elnur Bəy!
---
Bu gün, 00:37
73
Bu gün dəyərli gəncimiz Elnur bəyin ömür kitabının 25-ci səhifəsi açılır. Bu əlamətdar gün münasibətilə onun təhsil aldığı Lənkəran Dövlət Universitetinin tələbələri və tələbə yoldaşları bir araya gələrək doğum gününü böyük sevgi və səmimiyyətlə qeyd etmiş, ona ən xoş arzularını çatdırmışlar.
İnsan üçün həyatda qazandığı ən böyük sərvətlərdən biri dostların sevgisi, hörməti və diqqətidir. Elnur bəy də öz səmimiyyəti, mehribanlığı və nümunəvi davranışı ilə ətrafında gözəl dostluq mühiti formalaşdırmağı bacarmış gənclərdəndir. Bu gün onun ətrafında toplaşan tələbə yoldaşlarının sevinc dolu təbrikləri bunun ən gözəl sübutudur.
Elnur bəy!
25 yaş həyatın ən gözəl çağlarından biridir. Arzu edirik ki, qarşıdakı illər sizə yeni uğurlar, sağlamlıq, xoşbəxtlik və həyata keçən arzular gətirsin. Təhsil yolunda qazandığınız nailiyyətlər gələcək həyatınızın möhkəm təməli olsun. Qoy üzünüzdən təbəssüm, qəlbinizdən sevinc heç vaxt əskik olmasın.
Doğum gününüz mübarək olsun! Sizə uzun ömür, möhkəm can sağlığı, ailə səadəti və bütün məqsədlərinizə çatmağı arzulayırıq.
25 yaşınızın hər günü yeni uğurların, gözəl xatirələrin və xoşbəxt sabahların başlanğıcı olsun! Doğum günün mübarək, Elnur bəy!





















