Quba haqqında maraqlı məlumatlar
Maraqlı
8-01-2023, 19:14
237
Quba Bakıdan 168km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Böyük Qafqazın şimal-şərq yamaclarında, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə Samur-Dəvəçi ovalığı arasında yerləşir. Rayonun relyefi dağətəyi maili düzənliklər, orta və yüksək dağlıq sahələrdən ibarətdir. Şimal-şərq hissədə Qusar maili düzənliyi və Samur-Dəvəçi ovalığı yerləşir. Cənub-qərb sərhəd Baş Qafqaz silsiləsinin suayrıcısı boyu keçir. Baş Qafqaz silsiləsinə paralel olaraq Yan silsilə uzanır. Burada Yarımsa, Yerfi, Mıxtökən, Təngə silsilələri qollar formasında ayrılır. Rayon ərazisində Qızılqaya (3726 m), Babadağ (3629 m), Şahnəzər (2874 m) zirvələri yüksəlir. Geoloji yaşına görə Yura, Təbaşir, Neogen və Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntılara yanar şist, çınqıl, qum, gil aiddir, mineral bulaqlar səthə çıxır. Düzənlik və dağətəyi sahələrdə yağıntıları bərabər paylanan mülayim isti, yüksək dağlıqda soyuq və dağ-tundra iqlimi hakimdir. Yanvarda orta temperatur −2 °C-dən −14 °C-yə qədər, iyulda 5 °C-dən 23 °C-yə qədərdir. Yağıntıların illik miqdarı düzənliklərdən dağlara doğru 500 mmm-dən 900 mm-ə qədər artır, əsas hissəsi payızda düşür. Rayonun ərazisindən axan Qudyal, Qaraçay, Vəlvələ çayları Xəzər dənizi hövzəsinə aiddirlər. Quba rayonunun mərkəzi olan Quba şəhəri Qudyal çayının sahilində yerləşir. Quba haqqında ilkin məlumata məşhur Azərbaycan alimi şərqşünasi A.Bakıxanovun “Gülüstani-irəm” əsərində rast gəlinir. 1418-ci ildə taxta cıxmış şirvanşah Xəlil İbrahim oglunun Bakı, Quba və digər Azərbaycan şəhərləri arasında tiktirdiyi karvansaralar haqqında məlumatlar verilmişdir.
Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürüldüyünə inanılır. Yaqutun
lokallaşdırılmasına görə (1227) "Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər", ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX–X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372–1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir.
XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi" S. Aşurbəyli belə hesab edir ki, Quba Xilafətin Azərbaycanı və Dağıstanı istila edərkən Mədinə yaxınlığındakı Quba şəhərindən gəlmə ərəb tayfalarının VII əsrdə özləri ilə gətirdikləri eyniadlı toponimlər sırasına daxildir. Bu adın ərəb Xilafətinin istila etdiyi ərazidə geniş yayılma arealı, eləcə də, Quba şəhərini təsvir edən Zeynalabdin Şirvaninin (XIX əsr) aşağıdakı məlumatı bu fərziyyəni təsdiq edir: "Qədimdə ərəb tayfalarından biri Qubaya köçərək burada məskən salmışdır". Firuz Qubada köçüb gələn ərəblər Mədinənin yaxınlığındakı şəhərin adı ilə səsləşən adı eşitdikdə, Məsqət kimi, onu da tanış olan Quba adı ilə adlandırmışlar. Çox tədqiqatçılar bu şəhərin qədim mənşəyə malik oldugunu göstərirlər. Bəzi tədqiqatçılar Qubanın yaranma tarixini ya 1735, ya da 1741 və 1747 - ci illərə aid edirlər. Şəhər ərazisində aparılmış arxeoloji işlər hələ erkən orta əsirlər dövründə burada məskunlaşmış məntəqələrin mövcudluguna şəhadət verir. Qubanın qədim mənşəyə malikliyini orta əsirlər tarixşünaslığının bəzi məlumatları da sübüt edir.
Məsud ibn Namdar Sədunun (indiki Siyəzən) daxil olduğu nahiyədə Qavadan kəndinin adını çəkir. Burada Qavad adına yer, şəhər və s.bildirən "an" suffiksi artırılmışdır. Ola bilər ki, bu elə həmin Firuz Qubad Qubanın qədim adıdır.
XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758–1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.
Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür və müasir Quba və Şabran (Dəvəçi) rayonlarının ərazisini əhatə edir.Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları " Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir Bu zonada toxunan "ÇİÇİ", "SIRT ÇİÇİ", "QIMIL", "CİMİ", "YERFİ" xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.
Memarlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII–XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov və Zıxır kəndlərində "Ələmu" və "Yeddilər baba" adlı qala və tarixi məscid vardır.
Milli Mənəviyyat qəzetinin
Quba təmsilçisi
Famil Ramiloğlu