✍️ Vəli Əliyev yazır... DOĞUM GÜNÜN MÜBARƏK, ERHAN ELXANOĞLU!
İnsan ömrünün hər yeni ili yeni arzuların, yeni ümidlərin və yeni uğurların başlanğıcıdır. Xüsusilə də gənclik illərində atılan hər addım gələcək həyatın və böyük hədəflərin təməlini qoyur.
Əziz Erhan, səni 19 yaşının tamam olması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Sənə həyat yolunda möhkəm iradə, tükənməz enerji, böyük nailiyyətlər və ən əsası, gözəl insan olaraq qalmağı arzulayıram.
Muğam kimi köklü, milli musiqimiz kimi əbədi bir sənət yoluna könül verməyin təqdirəlayiqdir. Qoy Allah sənə elə bir səs, elə bir sənət ömrü nəsib etsin ki, ifaların könüllərə yol tapsın, adın Azərbaycan muğam sənətinin gələcəyində öz layiqli yerini tutsun.
Ustadlarından öyrəndiyin sənət incilərini gələcək nəsillərə ötürmək sənə qismət olsun. Qarşına qoyduğun bütün məqsədlərə nail olasan. Valideynlərinin fəxri, müəllimlərinin qüruru, xalqımızın sevimli sənətkarlarından birinə çevriləsən.
Yadda saxla: insanın yaşı illərlə, böyüklüyü isə əməlləri, şəxsiyyəti və qoyduğu izlə ölçülür.
Yeni yaşın sənə uğur, sevinc, sağlamlıq və xoşbəxtlik gətirsin!
Doğum günün mübarək, Erhan! Allah yolunu açıq, bəxtini gözəl, sənətini uca etsin!
Hörmətlə
Vəli Əliyev
Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetin
Baş redaktoru.













