Canlı muzey-Praqa

Səyahət sevənsənsə, mütləq Çexiyanın paytaxtı Praqanı da görməlisən. Çoxları bu şəhəri canlı muzey adlandırır. Bir qəpik xərcləmədən tamaşaçıya çevirir səni. Bir də ayılırsan ki, saatlar keçib, istədiyin qədər deyib-gülüb əylənmisən. Üstəlik, təsəvvür etməyəcəyin qədər sənət əsərləri ilə tanış olmusan. Ancaq nə biletə pul vermisən, nə də muzeyə. Burada muzeyə pul xərcləmək artıq xərcdir. Küçələri, körpüləri, meydanları, binaları elə canlı muzeydir