Həyatı Film Olan Fırıldaqçı

Frenk Vilyam Ebiqneyl dünyanın ən təhlükəli fırıldaqçılarından biri hesab olunur.
Belə ki, o saxta kimliklə həkim, pilot, hüquqsünas kimi sahələr də daxil olmaqla ümumilikdə səkkiz müxtəlif sahə üzrə heç bir anlayışı olmadan çalışmışdır. Üstəlik o, bunların hamısını 21 yaşına çatmamış edə bilmişdir. Bundan əlavə hazırladığı saxta çek nümunələri ilə milyonlarla dollar pul qazanan və bir neçə dəfə də polisdən qaçmağı bacaran Frenk nəhayət həbs edilmiş, ancaq həbsinin üzərindən bir müddət keçmiş, ona FBI-ın  Maliyyə-Cinayət şöbəsində iş təklif olunmuşdur. Bu "mükəmməl" fırıldaqçı haqqında hətta, 2002-ci ildə "Bacarırsan tut məni" (Catch me IF YOU CAN) adlı film çəkilmiş və filmdə baş rolda Leonardo Di Caprio oynamışdır. Qeyd edək ki, hazırda 73 yaşı olan keçmiş dələduz, banklara özünün tərtib etdiyi təhlükəsiz çek nümunələrini verdiyinə görə indiyə qədər ildə milyonlarla dollar məvacib alır. (İstinad: Banco Az)