Redaksiyamıza Lənkəran Dövlət Universitetinin Baytarlıq fakültəsinin tələbələrindən məktub

Salam! Biz, Lənkəran Dövlət Universitetinin Baytarlıq fakültəsinin tələbələri olaraq, iradımızı bildirmək istəyirik. Hər il və hər semestr yeni və fərqli qaydalar tətbiq edirlər.


On yeddi fevral tarixindən bizə bildirilən qaydaya əsasən, hər laboratoriya (seminar) dərsində tələbələr qrup şəklində laboratoriya işi hazırlamalı və hər seminarda qiymətləndirilməlidir. Qiymətləndirmə olmadıqda, yəni hər hansı tələbə dərsdə sadəcə iştirak edərsə və ya qayıb limitindən istifadə edərsə (üzürlü və ya üzürsüz səbəbdən), semestr sonunda ədədi orta qiymət hesablanarkən həmin dərsin qiyməti “0” olaraq nəzərə alınacaq.

Bu nə dərəcədə doğrudur? Və ya hansı məntiqə uyğundur ki, əvvəl qayıb limiti verilir, sonra isə hər hansı səbəbdən dərsə girmədikdə “0” hesablanır?

Digər tərəfdən, bu məntiqlə yanaşdıqda, 90 dəqiqə ərzində bütün proseslərin həyata keçirilməsi və şəffaf, dəqiq qiymətləndirmə mümkün deyil.

Xahiş edirik, məsələ ictimailəşdirilsin!