Ruzi Süleymanov doğum günün mübarək!
Mənəvi dəyərlər
Bu gün, 16:59
52
Bu gün mənim üçün çox dəyərli olan bir insanın – əziz dostumun, qardaşımın, uşaqların sevimli müəllimi, Naxçıvan MR Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanovun doğum günüdür.
Həyatda elə insanlar var ki, onların varlığı bir nur kimidir – ətrafına işıq saçır, ürəklərə sevgi, beyinlərə bilik bəxş edir. Ruzi müəllim də məhz belə insanlardandır. Uşaqların saf dünyasına yol tapmaq, onların sevgisini qazanmaq hər kəsə nəsib olmur. Bu isə onun necə böyük ürək sahibi, necə səmimi və qayğıkeş insan olduğunu göstərir.
Onun fəaliyyəti təkcə bir vəzifə deyil – bu, gələcəyin qurulmasına verilən mənəvi töhfədir. Çünki kitabı sevdirən, uşağa yol göstərən insan əslində bir millətin sabahını formalaşdırır.
Əziz qardaşım, səni bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirəm! Sənə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətində daim uğurlar arzulayıram. Qoy Allah səni qorusun, yolunu açıq etsin, gördüyün bütün gözəl işlərin bəhrəsini artıqlaması ilə versin!
Doğum günün mübarək olsun!
Səmimi hörmətlə,
Vəli Əliyev


















