ZƏFƏR BAYRAMI – AZƏRBAYCAN XALQININ QÜDRƏT VƏ BİRLİK RƏMZİDİR



8 Noyabr – Azərbaycan tarixinin ən şanlı, ən qürurlu səhifələrindən biridir. Bu gün xalqımızın qəhrəmanlıq, birlik və milli iradəsinin təntənəsi – Zəfər Bayramıdır!

Bu möhtəşəm Qələbə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz iradəsi sayəsində əldə olunmuşdur. 8 Noyabr tarixi, illər boyu qəlbimizdə yaşayan “Qarabağ Azərbaycandır!” nidasının gerçəkliyə çevrildiyi gündür.

Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetinin Baş redaktoru Vəli Əliyev bu əlamətdar gün münasibətilə bütün Dünya Azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, xalqımıza daim sülh, rifah və ucalıq arzulayır.

Bu zəfərin əbədi olması üçün hər bir Azərbaycan vətəndaşı milli dəyərlərimizə, vətənə və mənəviyyatımıza sadiq qalmalıdır.
Qoy üçrəngli bayrağımız hər zaman Qarabağ səmasında dalğalansın!

Qarabağ Azərbaycandır!