Bayramınız mübarək, əziz neftçilər!

Hörmətli neftçilər!
Sizi 20 sentyabr – Neftçilərin peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu gün yalnız bir peşə bayramı deyil, həm də zəhmət, fədakarlıq və vətənə bağlılığın rəmzidir.

Azərbaycanın inkişafı, iqtisadi qüdrətinin möhkəmlənməsi və xalqımızın rifahı yolunda göstərdiyiniz böyük əməyə görə hər birinizə minnətdarlıq bildirirəm. Siz həm dənizdə, həm quruda, istidə-soyuqda çalışaraq millətə xidmət edir, ölkəmizin gələcək nailiyyətlərinə möhkəm zəmin yaradırsınız.

Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ruzili və uğurlu işlər arzulayıram. Əziyyətiniz hər zaman dəyərləndirilsin, zəhmətinizin bəhrəsi bol olsun.

Bayramınız mübarək olsun !
Baş redaktor: Vəli Əliyev