SOCAR- Təxminən 89 milyard qazanıb, 86 milyard xərcləyib

2023-cü ildə Azərbaycanın ən böyük neft və qaz şirkəti SOCAR-ın cəmi gəlirləri 89 milyard 99 milyon manat, cəmi xərcləri 86 milyard 420 milyon manat təşkil edib. Nəticədə, 2 milyard 679 milyon manat əməliyyat mənfəətindən 606 milyon manat mənfəət vergisi ödənilib. Şirkət 2023-cü ili 2 milyard 73 milyon manat xalis mənfəət ilə başa vurub.
istinad: marja.az