Doğum günün mübarək olsun, dostluğa sədaqəti həyat prinsipi seçən insan!

Sadiq və sabiq köməkçim Məcnun Əliyevin doğum günüdür.
Bu əlamətdar gün münasibətilə onu ürəkdən təbrik edir, həyat yolunda sağlamlıq, ruzi-bərəkət və mənəvi rahatlıq arzulayıram. Arzum odur ki, Məcnun Əliyev indiyədək olduğu kimi, bundan sonra da dostluğa sədaqəti, insani mövqeyi və etibarlı duruşu ilə seçilsin. Çünki sədaqət illərlə ölçülən, zamanın sınağından keçən ən qiymətli dəyərdir.

Doğum günün mübarək olsun. !
Hörmətlə:
Vəli Əliyev