Emil Vəliyevə doğum günü təbriki

Əziz dostum, qəzetimizin fəxri üzvü, istedadlı musiqiçi, pedaqoq və milli-mənəvi dəyərlərimizin sadiq təbliğatçısı Emil bəy, sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizin yaradıcılığınız, pedaqoji fəaliyyətiniz və xalqımıza olan mənəvi xidmətiniz həm gənclər, həm də sənətsevərlər üçün örnəkdir. Arzu edirəm ki, həyatınızın hər günü musiqi qədər ahəngdar, ruhunuz qədər işıqlı, fəaliyyətiniz qədər dəyərli olsun.

Sizə möhkəm cansağlığı, ailə səadəti və yaradıcılıq uğurları arzulayıram.
Bu əlamətdar gündə sizə sevinc, ilham və ruh yüksəkliyi diləyirəm.

Hörmətlə,
Vəli Əliyev