Ad gününüz mübarək olsun, dəyərli Emin bəy!

Dəyərli insanlara ünvanlanan sözlər həmişə qəlbdən gəlir
Bəzən insanın həyat yolunda elə insanlar olur ki, onların varlığı sadəcə dostluq və tanışlıqla ölçülmür. Onlar həm də mənəvi dayaq, səmimi qardaş, çətin anlarda arxalanacaq bir insan olurlar. Belə insanların varlığı insanın həyatına işıq, ürəyinə güc verir. Bu gün doğum gününü qeyd edən dəyərli dostumuz və mənəvi qardaşımız Emin bəy də məhz belə insanlardandır.
Həyatda maddi dəstək bəzən vacib olur, lakin insanın qəlbini həqiqətən zəngin edən mənəvi dəstəkdir. Emin bəy illərdir ki, bu gözəl xüsusiyyətləri ilə seçilən, dostlarına, ətrafına və cəmiyyətə qarşı həssas münasibəti ilə hörmət qazanan insanlardan biridir. Onun səmimiyyəti, sədaqəti və xeyirxahlığı onu tanıyan hər kəsin qəlbində xüsusi yer tutur.
Emin bəy eyni zamanda “Milli Mənəviyyat” qəzetinin fəxri üzvü kimi fəaliyyətimizdə də xüsusi rola malikdir. Qəzetimizin keçirdiyi tədbirlərdə daim yaxından iştirak etməsi eləcədə dəstəyini əsirgəməməsi, milli-mənəvi dəyərlərimizin təbliğinə göstərdiyi diqqət və qayğı onun bu sahəyə nə qədər bağlı olduğunun bariz nümunəsidir. Belə insanlar cəmiyyət üçün əsl dəyər, milli ruhun yaşamasına xidmət edən insanlardır.
İnsan həyatında elə dəyərlər var ki, onlar zaman keçdikcə daha da ucalır. Dostluq, sədaqət, mərhəmət və mənəviyyat məhz belə dəyərlərdəndir. Emin bəy bu dəyərləri öz həyatında yaşadan, əməlləri ilə onları təsdiq edən insanlardandır. Onun xeyirxah əməlləri, insanlara göstərdiyi diqqət və qayğı ətrafındakı insanların ona olan hörmətini hər gün daha da artırır.
Bu əlamətdar gündə – Emin bəyin doğum günündə, onu ürəkdən təbrik edir, həyatında sağlamlıq, uzun ömür, ailə səadəti və bol-bol uğurlar arzulayıram. Qoy həyat yolu həmişə nurla işıqlansın, gördüyü xeyirxah işlərin savabı daim özünə və ailəsinə qayıtsın.
Arzu edirəm ki, o, bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunması və təbliği yolunda bizimlə çiyin-çiyinə addımlasın, xeyirxah əməlləri ilə cəmiyyətimizə nümunə olmağa davam etsin.
“Milli Mənəviyyat” komandası adından və şəxsən öz adımdan dəyərli dostumuz, mənəvi qardaşımız Emin bəyi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ruzi-bərəkət, ailə xoşbəxtliyi və daim ucalan bərəkətli bir ömür arzulayıram.
Ad gününüz mübarək olsun, dəyərli Emin bəy!
Qoy həyatınız xeyir-dualarla, hörmət və sevgilərlə dolu olsun.
Hörmətlə ,
Milli Mənəviyyat
müstəqil,beynəlxalq qəzetinin
Baş redaktoru:
Vəli Əliyev