Zahid ad günün mübarək olsun !

Əziz Zahid!
Səni ürəkdən doğum günün münasibətilə təbrik edirəm! Allah sənə sağlam, xoşbəxt və uğurlu bir ömür versin. Həmişə üzün gülsün, dərslərində uğurlu ol, arzuların bir-bir həyata keçsin.
Böyüdükcə ailənin və bizi tanıyan hər kəsin qürur duyduğu ağıllı, mərd və savadlı bir gənc olmağını arzulayıram.
Ad günün mübarək olsun, Zahid!
Səni çox istəyən kirvən – Vəli Əliyev