Əziz xaloğlum Babək

Əziz xaloğlum Babək
Bu gün sənin doğum günündür. Doğum günün mübarək olsun.
Bu əlamətdar gündə aldığımız xəbər hamımızı dərindən sarsıtdı, böyük narahatlıq və həyəcan keçirdik. Avtomobil qəzası xəbəri doğum gününün sevincini bir anın içində nigarançılığa çevirdi. Amma şükür Allaha ki, sən də, ailən də, ananda salamatdır. Bu gün üçün ən böyük hədiyyə, ən böyük sevinc məhz budur ki, sağ salamat qəzadan qurtarıbsınız.
Sən təkcə ailəmizin yox, nəslimizin qüruru, Vətənin etibar etdiyi, şərəflə xidmət edən zabitsən. Daşıdığın rütbə təkcə çiyinlərində deyil, qəlbindədir – məsuliyyət, ləyaqət, vətənə sədaqət kimi ali mənəvi dəyərlərlə. Biz səninlə hər zaman qürur duymuşuq və bu qürur günü-gündən daha da dərinləşdi.
Allah səni qorusun, səni və ailəni hər cür bəladan, qəza və çətinlikdən uzaq saxlasın. İnşallah bu yeni yaşın sənə möhkəm can sağlığı, ruh yüksəkliyi və xidmət yolunda daha təhlükəsiz, işıqlı illər gətirsin. Bil ki, bu gün də, hər gün də yanındayıq, dualarımız səninlədir.
Doğum günün mübarək olsun, əziz xaloğlum.
Qürurla və sevgi ilə —
xaloğlun Vəli