İstilik vurması
Səhiyyə və Sağlamlıq
31-01-2023, 09:03
151
Əlamətləri:
Bədənin dərisi qızarır, dəri isti və quru olur,zəiflik,baş gicəllənmə, gözlərinin qabağında qaralma, “milçəklər”,sürətli və zəif nəbz,susuzluq,ürək bulanması, qusma,;baş ağrısı,tez-tez nəfəs alma, təngnəfəslik,temperatur artımı,huşu itirmə
Dərhal təcili yardım çağırın. İstilik vurması daha çox ürək- damar sistemi xəstə olan insanlar və uşaqlar üçün təhlükəlidir.
Təcili yardım gələnə qədər nə etməli
1. Zərərçəkəni sərin, külək vuran yerə - kölgəyə, açıq pəncərənin altına aparın.
2. Zərərçəkəni arxası üstə uzadın.
3. Yaxasını açın, kəmərini boşaldın, ayaqqabısını çıxarın.
4. Həyat əlamətlərinin: nəbzin, nəfəs alıb - vermənin, bəbəklərin işığa reaksiyasının olub - olmadığını yoxlayın.
5. Həmin əlamətlər olmadıqda süni nəfəs verin və ürək masajı edin.
6. Alnına, ənsə nahiyəsinə, boynuna və qasıq nahiyəsinə soyuq kompres qoyun.
7. İmkan daxilində bədənin üstünə sərin (20°C) su tökün, hətta sərin vanna qəbul etmək də olar.
8. Zərərçəkən qusduqda və ya 4 dəqiqədən çox müddətə huşunu itirdikdə onu sabit yanakı vəziyyətə gətirin.
9. Qıcolma tutmaları zamanı zərərçəkənin başını və bədənini tutun və zədələnmədən qoruyun.
10. Huşu özünə gəldikdə zərərçəkənə sərin mineral və adi azacıq duz qatılmış su verin.
İstilik vurmasının profilaktikası
Qızmar şəraitdə işləyərkən yüksək temperaturdan qorunmaq üçün xüsusi paltar geyinin.Açıq havada günəş altında olduqda başınıza papaq geyin.Maye çox için, daha yaxşı olar ki, mineral su və ya azacıq duz qatılmış su için.Kölgədə və ya kondisionerli otaqda dincəlmək üçün fasilə edin.
FHN