Sumqayıtda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Səhiyyə və Sağlamlıq
12-07-2024, 00:43
152
Şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib.
Avtobusların "28 May"a girişi dayandırılır
"07" sürücüləri yanlış təkərlərdən istifadə edərsə, cəriməsi nə qədərdir? - CAVAB
“O qadın məni 20 il sonra bağışladı və sevdi” - Sərdar Cəlaloğlu ilə QEYRİ-RƏSMİ SÖHBƏT
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
İstinad: Lent.az