E'lan
Reklam və elanlar
29-01-2026, 21:46
54
Gənc Ədiblər Məclisi — gənclər üçün yaradılmış maarifçi və inteqrativ platformadır.
11 fevral 2026-cı il tarixində Gəncə şəhərində, Məhsəti Gəncəvi adına Yaradıcılıq Mərkəzində keçiriləcək bu tədbir cəmiyyətimizin bütün təbəqələrindən olan uşaqların və gənclərin maariflənməsinə, təhsilə yönləndirilməsinə və məşğulluğa cəlb olunmasına xidmət edir.
Qeyd edək ki, bu tədbir Gənc Ədiblər Məclisinin fəaliyyətə başlamasının 1 illiyinə həsr olunmuş festival xarakteri daşıyır. Festival gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, ədəbi mühitin inkişafı, bilik və təcrübə mübadiləsinin gücləndirilməsi məqsədi ilə təşkil olunur.
Maarifçilik və yaradıcılıq yolunda atılan bu əlamətdar təşəbbüsə bütün maraqlı şəxslər dəvət olunur.
Xarici Əlaqələr katibi
Rəsul Nəbiyev

















