Azərbaycanda dublyaj studiyasının təşkili
Mədəniyyət və İncəsənət
2-02-2023, 18:54
171
1935-ci ildə “Lenfiln” kinostudiyasında D. Furmanovun Vətəndaş müharibəsinin qəhrəmanı Çapayevə həsr olunmuş eyniadlı povestin motivləri əsasında “Çapayev” bədii filmi çəkilib ekranlara buraxılanda səsli kino Sovetlər ölkəsində özünün ilk addımlarını atırdı.
Hələ o vaxtlar səsin kinoya gəlməsi barədə dünyanın tanınmış sənətkarları arasında müxtəlif təzadlı fikirlər irəli sürülürdü. Səs isə getdikcə kinematoqrafiyada öz yerini möhləmləndirirdi. Belə deyirdilər ki, guya əsas kino sənətində anlaşılmazlığa səbəb ola bilər. Rus dilində çəkilmiş film digər millətlərin nümayəndələri tərəfindən başa düşülmədiyindən təklif olundu ki, filmdəki dialoqlar tərcümə edilib ekran arxasından diktor vasitəsilə səsləndirilsin. Ancaq bu cür təklif verənlər onu nəzərə almırdılar ki, belə variant bütünlüklə filmin və qəhrəmanların tamaşaçıya təsir gücünü azalda bilərdi.
Belə bir vaxtda rus rejissoru M.Donskoy sovet kinosu üçün tamamilə yeni olan eksperimenti həyata keçirdi: o, “Görünməz adam” ingilis bədii filmini rus dilinə dublyaj etdi. Bundan ruhlanan Azərbaycan kino rejissoru, əvvəllər teatr aktyoru olmuş, ÜDKİ –nin rejissorluq fakültəsini bitirmiş Şüa Şeyxov kinostudiyanın rəhbərliyinə müraciət edib, “Çapayev” bədii filmini Azərbaycan dilində səsləndirmək istədiyini bildirdi.
Lakin milli respublikaların heç birində düblyaj işi sahmana salınmadığına , o cümlədən bizim respublikada kinonun bu mürəkkəb sahəsi ilə heç kəs məşğul olmadığına görə studiyanın rəhbərliyi müxtəlif bəhanələr gətirirdi. Rejissora “Görünməz adam” filmini misal göstərib deyirdilər ki, bu kino lenti dublyaj etmək o qədər də çətin olmayıb. Çünki filmin qəhrəmanı əksər epizodlarda görünməz olurdu, onun danışığı kadr arxasında eşidilirdi.
Ş.Şeyxova xatırladırdılar ki, dublyaj işinə başlamaq üçün xüsusi avadanlıq cihazlar lazımdır. Amma rejissor inadından dönmürdü. O öz qüvvəsinə arxayın idi. Bu işə nədən başlamaq, nədə qurtarmaq lazım olduğunu yaxşı bilirdi. Bizdə dublyaj işini gec-tez kimsə öz öhdəsinə götürməli id. Bu, belə çox qala bilməzdi...
Gənc rejissor Ş.Şeyxovun inadkarlığı uğurla nəticələndi. “Çapayev”i Azərbaycan dilində səsləndirmək ona və V. Konstantinova həvalə olundu. Filmin mətnini rus dilindən yazıçı Yusif Vəzirov (Y.B.Çəmənzəminli)tərcümə etdi. Səs operatorluğu isə M.Belousova tapşırıldı. Ağahüseyn Kərimov onun assistenti oldu.
Filmin ayrıca musiqi fonoqramı olmadığı üçün həm musiqi, həm də müxtəlif səslər yenidən yazıldı.
İLk günlərdə xorun yazılışında, mahnıların tərcüməsində və yazılış prosesində bir sıra çətinliklər ortaya çıxdı. Leninqraddan alınmış partitura üzrə musiqi orkestrin vasitəsilə yebidən yazıldı. Həmin orkestrə Q.Krupkin dirijorluq edirdi. Yazılış vaxtı səsayazma aparatı tez-tez xarab olurdu. Aktyorlar mikrofon qarşısında bərkdən qışqıranda aparat səsin güclü təzyiqinə davam gətirməyib sıradan çıxırdı.
Filmdə dublyaja dəvət olunmuş teatr aktyorlarından Məcid Şamxalov Çapayevi, Hökümə Qurbanova Annanı, Mirzağa Əliyev feldşeri, Fateh Fətullayev Furmanovu, Abaas Şərifzadə Potapovu, Hacı Məmməd Qafqazlı Borozdini Azərbaycan dilində səsləndirmişdilə. Ş.Şeyxov özü isə Petkanı dublyaj etmişdi. Aktyorların və rejissorların dublyaj işində səriştələri olmadığı üçün onlar mikrofon qarşısında sıxılır, həyəcan keçirir, sərbəst danışa bilmirdilər. Buna görə də, səsləndirmə əvvəlcə çətin gedirdi. Amma iş prosesində tədricən hər şey qaydadına düşür, yaradıcı heyət film üzərində həvəslə işləyirdi.
“Çapayev” filminin ekranlara çıxarılmasının 30 illiyi ərəfəsində bu kino əsəri kinostudiyada yenidən dublyaj olundu. Bu dəfə dublyaj rejissoru Həsə Əliyev idi. Dialoqları azərbaycanlı yazıçı Yusif Əzimzadə tərçümə etdi. Səs operatoru İ.Popov idi. Çapayevi Əli Zeynalov, Petkanı Məlik Dadaşov, Annanı Rəhilə Məlikova, Furmanovu Əfrasiyab Məmmədov səsləndirmişdilər.
Hər il C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında onlarla film Azərbaycan dilinə dublyaj olunurdu. 80-ci illərdə bu rəqəm 65-ə çatdırılmışdı. Hər il 60-dan artıq bədii, 100 hisə sənədli, 50 hissə cizgi filmi Azərbaycan dilində səsləndirilirdi. Filmlərin dublyajı üzrə bacarıqlı mütəxəssislər yetişmişdi. Kinostudiyanın dublyaj şöbəsində böyük yaradıcı kollektiv çalışırdı
Emin Əlizadə