Kibercinayət nədir
Gündəm / Texnologiya
8-11-2024, 15:16
21
Sosial şəbəkələrdə (İnstagram, Tik-tok, Telegram və s), satış platformalarında (Тар.аz, Turbo.az, Lalafo.az və, s) yerləşdirilmiş elanlarla bağlı zəng edərək həmin əmlakı almaq üçün beh göndərəcəyini vəd edib kart məlumatlarını ələ keçirdikdən sonra hesabdan pulun çıxarılması.
Müxtəlif xarici və Azərbaycan provayderlərinə məxsus nömrələrdən əlaqə saxlayaraq özünü Bank əməkdaşı kimi təqdım edib vətəndaşın hesabına müdaxilə olduğunu bildirərək kart məlumatlarını ələ keçirdikdən sonra pulun çıxarılması.
Sosial şəbəkələrdə həvəsləndirici (Azərpoçt, karqo, DYP cərimələrinin aşağı məbləğdə ödənilməsi, Kapital banka məxsus aşağı faizlə kredit imkanı, ƏDV, uduş, bonus və s) linklərə daxil olub kart məlumatlarını daxil etdikdən sonra hesabdan pulun çıxarılması.
Sosial şəbəkələrdə tanışlarının (qohumların) adı ilə profillər açıb takibində olan şəxslərlə əlaqə saxlayaraq kart məlumatlarını ələ keçirib hesabdan pulun çıxarılması.
Sosial şəbəkələrdə, satış platformalarında, elan saytlarında dəyərindən aşağı qiymətə əşya, maşın, kirayə mənzil qoyaraq göndərdikləri hesaba beh atılmasını tələb edib pulu ələ keçirdikdən sonra vətəndaşı əngəlləməsi.
Rəsmi tətbiqlərdən başqa (Play market, App Store və.s) lizanziyası olmayan saytlardan yükləmələr etməyin (mahnı, foto, video və.s). Bu halda mobil telefonunuza virus yüklənilir və server ələ keçirilir.
Kibercinayətlərlə mübarizə üsulları:
1) Bank kartının fotoşəklinin heç kəsə göndərməyin. (Ödəniş etmək üçün 16 rəqəm kifayətdir)
2) Aşağı faizə kredit, online qazanc, hesabların izlənilməsi ilə bağlı xakker səhifələri, silinmiş hesabların və unudulmuş parolların bərpası, baxıcı, Giveavavv, Tik-tokda jetonların pula çevirilməsi və s bu kimi səhifələrin paylaşımlarına inanmayın.
3) Görmədiyiniz mənzil, avtomobil, geyim əşyaları, telefon və s əşyaları əldə etmək üçün heç kəsə beh göndərməyin.
4) İşə düzəlmə, sosial yardım, şəhid ailələrinə yardım, xəstəyə kömək, nəqliyyat vasitələrinin sığortalanması, online lotoreya və bu kimi paylaşımlara inanmayın.
QEYD: Hesabınıza kimsə pul göndərən zaman kartın rəqəmlərindən başqa heç bir məlumatı təqdim etməyin. Kartın üzərində olan CVV və bank tərəfindən SMS vasitəsilə göndərilən OTP kodunu heçkəsə təqdim etməyin, çünki heç kim bank işçiləri belə sizdən bu kodları istəyə bilməz. Boş kart məlumatınızı versəz belə dələduz həmin kartın məxsus olduğu bank tətbiqi vasitəsilə digər hesablarınızada daxil ola bilir.