TƏBRİK


Əziz dostum Elşən !
Bu gün 20 Sentyabr 2025 -ci il ən əlamətdar günündür, Sənin ömründə ən saf, ən müqəddəs bir səhifə açılır. Qəlbinin seçdiyi sevimli yar ilə yeni bir yola qədəm qoyursan. Mən fiziki olaraq yanında ola bilməsəm də, ruhum, qəlbim və bütün səmimi dualarım bu xoş günündə səninlədir.

Evlilik — sevginin ən uca zirvəsi, sədaqətin ən möhkəm dayağı, ümidlərin ən işıqlı sabahıdır. Arzum budur ki, bu izdivac sənin həyatında bir bahar nəfəsi olsun — daim çiçəklənsin, daim yaşarsın.

Sizlərə ömür boyu sevgi və sədaqət, işıqlı sabahlar, bərəkətli günlər arzulayıram. Qoy hər səhər bir-birinizin təbəssümü ilə açılsın, hər axşam bir-birinizin sevgisi ilə tamam olsun. Qoy xoşbəxtliyiniz övlad gülüşləri ilə taçlansın, ocağınız həmişə nurlu qalsın.

Dostum, sənin sevincin mənim sevincimdir. Bu günün işığı həyatınıza həmişəlik nur saçsın, arzularınız çin olsun, qəlbləriniz bir ömür bərabər döyünsün.

Sizi böyük məhəbbətlə və ən səmimi hisslərlə təbrik edirəm!
Vəli Əliyev