TƏBRİK EDİRİK!
---
9-06-2026, 09:26
97
Bu gün əziz dostumuz, qardaşımız və tələbə yoldaşımız Sübhan Məmmədovun doğum günüdür.
Bu əlamətdar gün münasibətilə Sübhanı bütün tələbə yoldaşları adından, eləcə də xüsusilə Vəli Əliyev ürəkdən təbrik edir, ona uzun və bərəkətli ömür, möhkəm can sağlığı, ailə səadəti, işlərində uğurlar və həyatın bütün gözəlliklərini arzulayır.
Sübhan Məmmədov öz müsbət xarakteri, yüksək əxlaqı, nizam-intizamı, mədəni davranışı, səmimiyyəti və etibarlı dostluğu ilə onu tanıyan hər kəsin rəğbətini qazanmışdır. O, tələbə yoldaşları arasında həmişə hörmət və diqqətlə seçilmiş, insanlara olan xoş münasibəti ilə sevilən bir şəxs olmuşdur.
İnanırıq ki, Sübhan bundan sonra da həyat yolunda yeni uğurlara imza atacaq, ailəsinin, dostlarının və onu sevən insanların qürur mənbəyi olacaqdır.
Əziz Sübhan!
Doğum günün mübarək olsun! Arzu edirik ki, ömrünün hər günü sevinc, xoşbəxtlik, uğur və gözəl insanlarla əhatə olunsun. Allah səni qorusun, bütün arzularını həyata keçirsin və həyatında hər zaman ən yaxşısı səninlə olsun!
Doğum günün mübarək
Əzizimiz Sübhan !





















