Helicobacter pylori mədə və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli, qrammənfi patogen bakteriyadır.

Helicobacter pylori mədə və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli, qrammənfi patogen bakteriyadır.
Mədə və onikibarmaq bağırsaq xoraları, qastritlər, duodonitlər, mədənin limfom və şişləri etioloji olaraq H. pylori yoluxması ilə əlaqələndirilir. Belə ki, 90% H. pylori daşıyıcılarında heç bir xəstəlik simptomları olmur. Cinsin Helicobacter adlandırılması onun spiral formaya malik olmasıyla əlaqədardır. Bu quruluşa malik olması H. pylori bakteriyasının mədə və onikibarmaq bağırsağın selikli qişasına asandlıqla daxil olmasına və onun selikdə hərəkət etməsinə imkan yaratmış olur.
1875-ci ildə alman alimi spiral və ya spiralşəkilli bakteriyanı mədənin selikli qişasında aşkar etmişdir. Tapılmış bi bakteriya qidalı mühitdə əkilsə də inkişaf etməmişdir. Beləliklə də bu təsadüf maraq kəsb etməmiş və unudulmuşdur. 1893-cü ildə italyan alimi Culio Bidzodzero turş mühitli mədə şırəsində mövcud olan spiralşəkilli bakteriyanın təsvirini vermişdir. 1899-cu ildə Krakovdakı Yagellon universitetinin professoru Yavorski mədənin yuyuntu suyundakı çöküntüləri müayinə edərkən spiralşəkilli bakteriyalara diqqətini cəlb etmiş və onları lat. Vibrio rugula adlandırmışdır. Yavorski ilk dəfə olaraq mədə patologiyalarının etiologiyasında bu bakteriyaların rolunu fərz etmişdir. Onun bu işi polyak dilində dərc olunduğundan əhəmiyyət kəsb edə bilməmişdir. 1979-cu ildə bakteriya avstraliya patoloqu Robin Uorren tərəfindən yenidən aşkar edilərək aktuallaşmışdır. 1981-ci ildən Robin Uorren Barri Marşalla birlikdə tədqiqatlar apararaq qidalı mühitdə onun kulturasını əldə etməyə nail olmuşlar. Uorron və Marşall göstərmişdirlər ki, əksər mədə xoraları və qastritlər stress və acı qidalarla əlaqəli olmayıb, lat. Helicobacter pylori ilə yoluxmadan sonra meydana çıxmış olurlar. Tibbdə və elmi cəmiyyətlərdə çətinliklə və tərəddüdlə də olsa lat. Helicobacter pylori- nin patogenetik rolunu qəbul etməyə məcbur olurlar. Barri Marşall fərziyyənin düzgünlüyünü yoxlamaq məqsədi ilə öz üzərində eksperiment apararaq: H. pylori kulturalı petri kasa möhtəviyyatını içərək özünü yoluxdurur və nəticədə qastritin meydana çıxmasına səbəb olur. Sonra Marşall bismut duzu və metronidazol vasitəsilə 14 günlük kursdan sonra qastritin müalicəsinə nail olur. Sonrakı tədqiqatlarda müəyyən olunmuşdur ki, qastritlərin, mədə və onikibarmaq xoralarının müalicəsində antibiotiklər daha effektlidir və xüsusi əhəmiyyətə malikdirlər. 1994-cü ildə ABŞ-ın milli səhiyyə institutu ekspert rəyi dərc edərək, əksər residiv xoraların müalicəsində antibiotiklərdən istifadə edilməsi tövsiyə edilmişdir. 2005 ci ildə bakteriyanın tibbdə əhəmiyyətini aşkar etmiş Robin Uorren və Barri Marşalla Nobel mükafatı təqdim edilmişdir.