Abşeron rayon Mərkəzi Xəstəxanasında...

Abşeron rayon Mərkəzi Xəstəxanası bütün müasir avadanlıqla təmin edilib . Vətəndaşlara icbari tibbi suğorta ilə tibbi xidmətlər göstərilir. Ən böyük problem Xəstəxanada sıxlıqdır ki , bununda səbəbləri çox sadə və hamı tərəfindən bilinəndir. Abşeron rayonunun xüsusəndə Xırdalan şəhərinin əhalisinin son illərdə sürətlə artmağını hamı bilir Buna baxmayaraq Xırdalandakı eləcədə Abşeron rayonunun bütün kənd və qəsəbələrindəki polinikalar ( Saray , Masazır, Novxanı, Qobu, Hökməli, Güzdək , Fatmayi, Məhəmmədi, Mehdiabad, Goradil , Saray , Ceyranbatan ) bağlanaraq fuksiyasın tibb məntəqəsinə çevirərək , Mərkəzi Xəstəxanaya göndərilir xəstələr. Bunlarla yanaşı Respublikanın digər uzaq rayonlarından belə insanlar bura müainə və müalicə üçün gəlirlər . Xəstəxanadada elektron növbə yoxdur .Canlı növbə tutularaq ilkin qeydiyyata saatlarla növbəyə dayanmaq məcburiyyətində qalır xəstə insanlar , sonra isə Həkim otağının önündə Qan vermək üçün və sonra yenə həkim otağının önündə uzun növbələr xəstəxanada günlərlə vaxt keçirmək məcburiyyətində edir bu zülmə məcbur qalmış halsız xəstələri. Vəziyyətdən xəbərdar olub müvafiz tədbir görməyi xahiş edirik aydiyyəti idarə və təşkilatlardan .
Baş redaktor Vəli Əliyev