Məlik Dadaşovun 7 iyun doğum günüdür.
Mədəniyyət və İncəsənət
8-06-2023, 10:09
182
Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunur. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
Aktyor oynadığı obrazlarla, xüsusən "fəryad" filimindəki obrazı ilə yaddaşlarda qalmışdır. qeyd edək ki , O Salman Dadaşovun qardaşı, aktyor Rəfael Dadaşovun atası, müğənni Brilliant Dadaşovanın əmisi, bəstəkar Hökümə Nəcəfovanın bacısı oğludur.
Məlik Dadaşovun hörmətlə yad edirik .
Allah rəhmət etsin