İctimai iaşə obyektlərində sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl olunmalıdır!
Gündəm / Səhiyyə və Sağlamlıq
10-09-2024, 11:57
65
İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl olunmalıdır. İlk növbədə ictimai iaşə obyektində sanitar-gigiyenik normalar gözlənilməli, iş prosesini əhatə edən bloklar təmiz və texniki işlək vəziyyətdə saxlanılmalıdır. Döşəmə, tavan və divar səthləri hamar, təmirli, asan təmizlənə bilən olmalı və müntəzəm dezinfeksiya işlərinin aparılması təmin edilməlidir.