Bakıda qanunsuz fəaliyyət göstərən dönərxana aşkarlanıb
Gündəm / Səhiyyə və Sağlamlıq
5-09-2024, 17:14
90
Qida Təhlükəsizliyi Agentliyi istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda müntəzəm olaraq monitorinqlər həyata keçirir.
Aparılan monitorinq zamanı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, N.Rəfibəyli küçəsi 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Baloğlanov Asif Kamal oğluna məxsus dönərxanada bir sıra nöqsanlar aşkarlanıb.
Baxış zamanı iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub, həmçinin sanitar-gigiyenik qaydalara əməl olunmadığı, dondurucuda mal qonşuluğu prinsipinin pozulduğu, qida məhsullarının, əllərin, alət və ləvazimatların yuyulması prosesinin eyni yuma sahəsində həyata keçirildiyi, təmizlik avadanlıqları üçün ayrıca dolabın təşkil edilmədiyi, işçinin tibbi arayışının mövcud olmadığı, xüsusi geyim və fərdi mühafizə vasitələri (əlcək, önlük, saç toru və s.) ilə təmin edilmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.