XƏBƏRDARLIQ: Meymunçiçəyi yayılmaqda davam edir! ÖLÜM RİSKİ VAR!


"Meymunçiçəyi Afrika ölkələrində yayılmaqda davam edir. Ümumiyyətlə, Afrika ölkələrindəki ölüm riski 5% olaraq dəyərləndirilir".

Bunu News24.az-a açıqlamasında, İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Uzmanı Dr. Vasif Əliyev deyib.

O, qeyd edib ki, risk qrupunda olan bir sıra şəxslər var:

"Həm uşaqlar, həm xroniki xəstəliyi olan insanlar, həm də 80-ci illərdən sonra doğulan şəxslər risk qrupundadırlar. Daha əvvəl çiçək virusuna qarşı vurulan peyvəndlər, dolayı yolla insanları meymunçiçəyindən də qoruyur. Lakin, 80-ci illərdən etibarən isə çiçək peyvəndi vurulmayıb. Onu da bildirim ki, bu virus ölümlə nəticələnə bilər və 5%-lik ölüm riski var. Ölüm halları isə daha çox pnevmoniya və ensefalitdən, yəni ikincili bakterial infeksionların ağırlaşmasından sonra ola bilər".
İstinad:News24.az
Günel Məlikzadə