İbadzadə Emin Fərəc oğlu
Gündəm
18-08-2024, 18:13
228
Əziz Laçınlılar, 01.09.2024-cü il tarixində keçiriləcək Milli Məclisə seçkilərdə 121 saylı Laçın seçki dairəsindən bitərəf namizədlərdən biri də Emin İbadzadə Fərəc oğludur. 21 yaşlı namizəd haqqında məlumatları sizə təqdim edirik:
İbadzadə Emin Fərəc oğlu 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildən 2017-ci ilə qədər Bakı şəhəri, Nəsimi rayonu, 159 saylı tam orta məktəbdə təhsil almış, 2017-ci ildən isə Ağdam rayon 89 saylı tam orta məktəbdə təhsilini davam etdirmişdir. 2019-cu ildə abituriyent imtahanlarında 526 bal toplayaraq, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin Dövlət və İctimai Münasibətlər ixtisasına daxil olmuşdur.
Universitetdə oxuduğu müddətdə aktiv tələbə olmuş, Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin layihə meneceri vəzifəsində çalışmışdır. 2022-ci ildə BDU daxilində böyük bir musiqi konsertinin, 2023-cü ildə isə THİK Breyn Rinq oyununun və digər təlim və tədbirlərin təşkilatçısı olmuşdur. Bu fəaliyyətlərinə görə, 2022-ci ildə ATGTİ və Gənclər Fondu tərəfindən “İlin tələbəsi” seçilmişdir.
2023-cü ildə Magistratura imtahanlarından 86 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin Gənclərlə iş ixtisasında təhsilini davam etdirmişdir. Hazırda "İnkişafçı Gənc" təşkilatının sədridir.
Namizədimiz, Laçın rayonunun işğaldan azad olunmasından sonra geri qayıdan bütün əhalinin rifahını artırmaq üçün xüsusi tədbirlər görməyi planlaşdırır. Geri dönənlər üçün yeni iş və biznes imkanları yaradacaq, onların iqtisadi fəaliyyətlərə qatılması üçün dəstək verəcək. Hər kəsin öz yurdunda xoşbəxt yaşaması üçün çalışacaq.
Gənclərin inkişafına xüsusi önəm verən Emin İbadzadə, gənclərin yaxşı təhsil alması, iş tapması və sosial həyatda fəal olması üçün dəstək verəcək. Təhsil və təlim proqramlarını inkişaf etdirəcək, kreativ düşüncə və innovasiya mərkəzləri yaradacaq. Eyni zamanda, Azərbaycanda gənclərin işə daxil olması zamanı tələb olunan təcrübə problemlərini həll etmək məqsədilə pulsuz təcrübə mərkəzləri yaradacaq. Bu mərkəzlər gənclərə iş dünyasına addım atmaqda kömək edəcək və onların peşəkar inkişafını dəstəkləyəcək.
Emin İbadzadə həmçinin əlillər, yaşlılar, qadınlar və uşaqlar kimi həssas qrupların hüquqlarını qorumaq və həyat şəraitini yaxşılaşdırmaq üçün xüsusi proqramlar həyata keçirəcək. Hər kəsin bərabər hüquqlara sahib olması və sosial ədalətin təmin edilməsi üçün əlindən gələni edəcək.
Xalqımızın rifahı namizədimiz üçün ən vacib məsələdir. Onların sağlamlığı, təhlükəsizliyi və rifahı üçün davamlı olaraq çalışacaq. Sağlamlıq xidmətlərinin keyfiyyətinin artırılması, işsizliyin azalması, iqtisadi inkişaf və ekoloji problemlərin həlli kimi məsələlər üzərində çalışacaq. Xalqın səsi olmaq və onların problemlərini ən yüksək səviyyədə qaldırmaq üçün daim çalışacaq.