Deputatlığa namizəd Zaur Ramiz oğlu Şükürov.
Gündəm
14-08-2024, 13:50
351
47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən deputatlığa namizəd Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov Ramiz oğlu – Məlumat üçün qeyd edirik ki, Zaur Şükürov Ramiz oğlu 25 ilə yaxın müddətdir ki, diplomatik xidmətdə fəaliyyət göstərmişdir. Bu dövr ərzində Azərbaycan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə – şöbə müdiri, idarə rəisinin müavini, idarə rəisi, nazirin köməkçisi kimi postlarda çalışmışdır. Eyni zamanda, Azərbaycanın Polşa, Belarus, Macarıstandakı səfirliklərində müşavir (missiya rəhbərinin müavini), hazırda isə ölkəmizin Cənubi Afrika Respublikasındakı səfirliyində müvəqqəti işlər vəkili diplomatik missiyanın rəhbəri vəzifəsində çalışır.
Diplomatik xidmətdə çalışdığı 25 ilə yaxın dövrdə ölkəmizin zəngin tarixi-mədəni irsi, "Qan yaddaşı"mız, Azərbaycan həqiqətləri barədə məlumatların və doğma Vətənimizin haqq səsinin fəaliyyət göstərdiyi ölkələrin yerli ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparmışdır. Bununla yanaşı, çalışdığı ölkələrdə yaşayan Azərbaycan icması və diaspor nümayəndələri ilə sıx əlaqədə olaraq onların qaldırdığı məsələləri daim diqqətdə saxlamış və vəzifə səlahiyyətlərinə və qanunvericiliyə uyğun həlli istiqamətində davamlı dəstək göstərmişdir.