Milli Məclisə təsadüfən həvəslənmiş insanların seçilməsi çox təssüf doğura bilər.
Gündəm
13-08-2024, 23:05
246
Milli Məclisə seçkilərdə namizədləri xüsusi komissiya müəyyən etməlidir. Namizəd tam ali təhsilli yaxşı olar ki elmi dərəcəli ,20 ildən yuxarı iş təcrübəsi olan hüquqşunas, İqdisatçı və s . İnsanlardan seçilməlidir. Magistir təhsili olmayanları heç müəllim işləməyə icazə verilmir . Sosial şəbəkələrdən izləyirəm ki , iki kəlmə sözü düzəldib deyə bilməyən insanlardanda namizədliyi qeydə alınanlar var . Belə artistlik edib xoşagəlim danışanlara sadə ,zəhmətkeş ,təhsili olmayan regionda yaşayan insanlar necə aldanmasın . Onlar necə bilsinlər ki , bu insanın savadı , ali təhsili ,elmi dərəcəsi var ya yox ,siyasi və ya iqdisadi təhlili edəbilər ya yox . Axı bu millət vəkilləri qəbul etdikləri qanunlarla insanların həyatında əhəmiyyətli dəyişikliklər edəcəklər. Ona görə Millət Vəkilini seçməzdən əvvəl namizədi düzgün seçmək lazımdır ki , sadə vətəndaşlar hissləri ilə seçsələrdə hər bir halda layiq olan seçilsin . Ali qanunverici orqana seçilən ,Xalqın gələcək tale yüklü qanunlarını qəbul edən şəxslər ziyalı ,təcrübəli , savadlı ,cəmiyyətdə illərdi nüfuz qazanmış şəxslərdən olmalıdır. Təsadüfən həvəslənmiş insanların seçilməsi çox təssüf doğura bilər.
Vəli Əliyev
Vəli Əliyev