Olan canım
Ədəbiyyat
16-02-2025, 22:55
55
Yandıra bilmədin öz ocağını ,
Özgə ocağına köz olan canım.
Yıxılana dayaq, axsağa ayaq,
Yolu görməyənə göz olan canım
Hesabla qüssəmi, sana dərdimi,
Dəsbədəs yığmışam cana dərdimi.
Kimə söyləyim ki, qana dərdimi ?!
Hər gün eşitdiyi " Döz!" olan canım .
Bu nə yazı, bu nə qədərdi, Allah,
Kimsəyə göstərmə bu dərdi, Allah.
Yanğım qiyamətə qədərdi,Allah!
Yan, ay ağızlara söz olan canım .
Füzuli, önündə dərd bir əjdaha,
Heç məhəl qoyarmı amana, aha!
İynənin gözündən keçirsən daha
İncəlib soluxub sozalan canım.
14.02.2025.