80 illik yubileyiniz mübarək, dəyərli Vahid Əziz!



Vahid Əziz — şair, tərcüməçi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq şairi, "Şərəf" ordeni laureatı, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
23 noyabr 1945-ci ildə dünyaya gələn böyük söz ustadının bu gün 80 illik möhtəşəm yubileyi qeyd olunur.

Vahid Əziz poeziyası bütöv bir nəslin mənəviyyatına, duyğularına, düşüncəsinə təsir etmiş, onun şeirləri klassik lirika ilə müasir duyumun harmoniyasını yaradan parlaq nümunələr kimi xalqın yaddaşına həkk olunmuşdur. Humanizm, sevgi, vətənpərvərlik və səmimi insan taleləri onun yaradıcılığının əsas xəttini təşkil edir.

Bu əlamətdar gündə “Milli Mənəviyyat” qəzetinin Baş redaktoru Vəli Əliyev böyük şairi səmimi qəlbdən təbrik edir. Onun şeirlərini sevə-sevə oxuduğumuzu, yaradıcılığına xüsusi hörmət və məhəbbət bəslədiyimizi bildirir, Azərbaycan ədəbiyyatına verdiyi misilsiz töhfələrə görə dərin minnətdarlığımızı ifadə edirik.

Ulu Tanrıdan Xalq şairimizə can sağlığı, ilhamlı ömür, yeni-yeni yaradıcılıq uğurları və qarşıdakı yüz illik yubileyinə də sağlamlıq və müdrikliklə addımlamasını arzu edirik.