🌸 SOFİYA XANIMI TƏBRİK EDİRİK



Əziz dostumuz və qardaşımız Emin Əlizadənin gözünün nuru, ailəsinin sevinci,
balaca mələyimiz Sofiya xanımın bu gün 3 yaşı tamam olur.

Bu əlamətdar gündə onu əmisi Vəli Əliyev,
eləcə də onu tanıyan, sevən, əziz bilən bütün yaxınları
ürəkdən təbrik edir, xoş arzularını bildirirlər.

Sən dünyaya gələndə, Sofiya bala
sanki günəş bir az da parlaq doğdu,
quşlar daha şirin oxudu,
sevinc dolu bir bahar nəfəsi yayıldı hər yana.

Sənin gülüşün — bir uşaq təbəssümü deyil sadəcə,
bir ümidin, bir saflığın, bir sevincin təcəssümüdür.
O gülüşlə eviniz işıqlanır, ürəklərimiz isinir.

Arzumuz budur, Sofiyamız ,Əzizimiz !
Ömrün boyu üzün gülsün,
addımların uğura, yolun işığa aparsın.
Hər günün bir bayram,
hər anın bir möcüzə olsun.

Doğum günün mübarək olsun !
Sevinc, səadət və sağlamlıq sənin yol yoldaşın olsun! 💐