Milli Mənəviyyat qəzetinin A L M A N İ Y A təmsilçisi Təbriz Qabiloğlunun Şam ağacının yəni " Yolka"nın vətənindən internet araşdırması
Beynəlxalq
4-01-2023, 23:44
210
Dünyada bəlkə də yeganə bayramlardan biridir ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, din, dil, irq fərq etmədən hər kəs Yeni ilin gəlişini böyük təmtəraq və sevinclə qarşılayır. Yeni ildə hər kəs üçün "Olmazsa olmaz" dediyi isə təbii ki, şam ağaclarının bəzədilməsidir. Uşaqlar başda olmaqla hər kəsin həvəslə şam ağaclarını bəzədikləri zamanlar yaxınlaşdıqca insanın içi sevinc ilə dolur. Bəs heç düşünmüsünüzmü ilk dəfə kim birinci şam ağacını bəzəmişdir? Bu ənənə hansı ölkədə başlamışdır? Ümumiyyətlə, kimin ağlına gəldi axı yeni il üçün şam ağacı bəzəmək? Suallarımızın cavabı üçün yenə Almaniyaya üz tuturuq
Xristianlığın gəlişindən çox əvvəl, həmişəyaşıl bitki və ağaclar qışda insanlar üçün xüsusi bir məna daşıyırdı. İnsanlar bu gün bayram mövsümündə evlərini şam ağacları ilə bəzədikləri kimi, qədim xalqlar da həmişəyaşıl ağacların budaqlarını qapı və pəncərələrinə asırdılar. Bir çox ölkədə həmişəyaşıl ağacların cadugərləri, pis ruhları qovduğuna və xəstəliklərdən uzaq tutduğuna inanılırdı
Erkən müasir Almaniya isə İntibah dövründə bizim müasir zamanımızda olan yeni il ağaclarını bəzəmə ənənəsinə başlamağı ilə bilinir. Biz bunu XVI əsrdə dindar xristianların evlərinə bəzədilmiş ağaclar gətirməsi ilə bilirik. Bəziləri ağacın odunlarından piramidalar düzəldirdilər və odun az olarsa onları həmişəyaşıl ot və kollarla, həmçinin şamlar ilə bəzəyirdilər
Ağaca işıqların əlavə olunması isə daha xoş və gözəl bir hekayədir. Çox geniş yayılmış məlumata görə, XVI əsr protestant islahatçısı Martin Luther ilk dəfə olaraq ağaca işıqlar əlavə etmişdir. Deyilənə görə, bir qış axşamı evinə tərəf gedərkən həmişəyaşıl ağacların budaqları arasından görünən ulduzların parlaqlığına heyran olur və səhnəni ailəsinə canlandırmaq üçün əsas otağa bir ağac qoyur və onun budaqlarını işıqlı şamlarla bəzəyir. Bununla da, bizim indiki zamanda rəngbərəng işıqlarla və müxtəlif oyuncaqlarla bəzədiyimiz yeni il ağaclarının başlanğıcı qoyuldu.
Milli Mənəviyyat qəzetinin
A L M A N İ Y A təmsilçisi
Təbriz Qabiloğlu