Milli Mənəviyyat qəzetinin P O L Ş A təmsilçisi Fərid Məmmədovun Polşa haqqında maraqlı məlumatı
Beynəlxalq
4-01-2023, 22:51
186
Milli azlıqlar (tatarlar, yəhudilər, almanlar və slav azlıqları) çox cuzi saydadır və çoxdan assimilə olublar. Deyilənə görə, ərəb və alman dillərindən fərqli olaraq, polyak dilində "anlaşılmayan dialektlər" yoxdur, yalnız əsas dildən çox cuzi fərqlənən ağızlar ("qovor") var. Bunun səbəbini Avropa xalqlarının tarixboyu bir birilə daim savaş içində olmaları, polyaklarınsa ən çox almanlar və ruslarla savaşmalarında görürlər. Ən çox isə beyinlərində almanlarla olan savaşlar qalıb. Holokostda yalnız yəhudilər deyil, başqa xalqların da həlak olduğunu deyirlər. Almaniyada polyaklar çoxdur, əsas pul qazanmağa görə gələrlər, tarixdən, siyasətdən heç danışmazlar və tez müddətdə germanlaşarlar. Yenə öz dediklərinə görə, Polşa polyakları daha millətçi olurlarmış. Almaniyanın Şərqində bəzi şəhərləri keçmiş polyak şəhərləri sayırlar: Leipzig (Lipska), Dresden (Drježdźany). Bir də Ukrayna və Belarus dövlətlərinin əski polyak torpaqlarında yarandığını da deyirlər.
Katolikdirlər və latın qrafikasıyla yazırlar, çünki katolikliyi romadan qəbul ediblər. Xristianlaşma X əsrdə başlayıb, XIV-XV əsrdə bitibmiş. Polyakların xristianlaşması I Meşko (960-992) adlı bir knyazın adı ilə bağlayırlar.
Polşa tarixində önəmli yeri Reç Pospolita (1569-1795) adlı Polyak Krallığı və Böyük Litva Knyazlığının birləşməsi sonucu meydana gələn federativ birlik tutur. Reç Pospolita (latınca "Res Publica" - ümumi iş / şey - ifadəsinin təhrif olunmuş biçimi) Yagellonlar dövlətinin davamı idi. Osmanlı ilə çox savaşırdılar, bu savaşlarda türkdilli tatarlardan istifadə edirdilər. Səbəb isə türk xalqlarının dünya tarixində yeganə atlı xalq olmaları və slavların piyada olmaları idi. Atlı xalq olan Osmanlılara yalnız başqa atlı türk xalqı güc gələ bilərdi. Məhz bu hərbi asılılığa görə Reç Pospolita Qərbi Avropa dövlətləri içində müsəlman və yəhudi saxlayan yeganə dövlət idi. Tatarlar orada 3 dini təriqətə qulluq edirdilər: islam, yəhudilik (karaimlər) və qriroryan-xristianlıq (türkdilli polyak erməniləri).
Osmanlılar və tatarlar polyakların geyim modasına və memarlığına təsir edirlər. O stilə "sarmat stili" deyilir. Polyak zadəganları Şlyaxta özlərini sarmatların torunları hesab edirdilər. "Şlyaxta" sözü alman dilində "schlachten" (heyvan kəsmək) kimi, polyak dilində isə 2 anlama gəlir (1. soy, şəcərə; 2. heyvan kəsmək). Ruslarda olan krepostnoe pravoya oxşar fenomen polyaklarda da olub. Kəndlilər şlyaxtaya aid idilər, ancaq münasibətləri yaxşı olubmuş. Torpaqdan, heyvandan gələn gəlirləri yarı-yarı bölürmüşlər. Şlyaxta savaşmağı və katolikliyi yaymağı özünə müqəddəs vəzifə hesab edirdi və Rusiya torpaqlarını "geri alıb" oralarda katolik təriqəti yaymaq istəyirdi.
XVII əsrdə sarmatizm ideyaları Ukrayna kazaklarına da keçir. XVIII əsrdə "sarmatizm" sözü Polşada mənfi anlam (cahillik, kobudluq) daşıyır. SSRİ dağılandan sonra isə yenidən müsbət anlam alaraq, "neosarmatizm" şəklində polyakların içində vətənsevərlik duyğularını artırmaq üçün kullanılır.
II Dünya Savaşı sonrası Polşa 36 il ərzində Varşava paktının üzvü olur. Bu anlaşma Qərbi Almaniyanın NATOya birləşməsinin cavabı olaraq SSRİ və 7 digər ölkə arasında imzalanır (Şərqi Almaniya, Rumıniya, Polşa, Bolqarıstan, Çexoslovakiya, Macarıstan, Albaniya)
*Polşada 23 milli park, 1200-yə yaxın qoruq və quşlar üçün 100-dən artıq qoruq mövcuddur.
*Polşada ən populyar idman növü futboldur.
*Polşada işıqforun sarı işığını narıncı adlandırırlar.
*Varşavada sirk yoxdur.
*Tələbələrin tədris ili oktyabrdan başlanır.
*Polyak Vikipediyasının məlumatına əsasən, paytaxtda 47 teatr və yalnız 36 kinoteatr fəaliyyət göstərir.
*Polyak dilində ali təhsil almaq bir çox təhsil müəssisələrində ödənişsiz həyata keçirilir ( o cümlədən əcnəbilər üçün).
*Polşa ərazisində ağ leyləklərin ən böyük populyasiyası mövcuddur
*Polşada metro yalnız Varşavada fəaliyyət göstərir.
*Polyak dili danışanların sayına görə ən geniş yayılan 3-cü slavyan dilidir ( Ukrayna və rus dillərindən sonra).
*Dünyada polyakların ən çox yaşadığı 2-ci şəhər Çikaqodur.
* "Tanya" sözü polyak dilindən tərcümədə "ucuz, yüngül" deməkdir. Bu adı daşıyan xanımlar yaxşı olar ki, özlərini Tatyana kimi təqdim etsinlər.
*Xüsusi olaraq futbol üzrə Avro-2012 üçün inşa etdirilən Varşavanın milli stadionu Şərqi Avropanın ən böyük bazarının yerində ucaldılıb.
*Polşa məktəblərində buraxılış ballarının məcburi ilk rəqsi Polonezdir.
Milli Mənəviyyat qəzetinin
P O L Ş A təmsilçisi
Fərid Məmmədov